09 Dekabr 2025, 11:43
FUTBOL
"Çelsi"nin futbolçu Estevao Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Mançester Siti" braziliyalı vingeri transfer etmək istəyir. "Şəhərlilər" 18 yaşlı oyunçu üçün klub tarixinin rekord məbləğini ödəməyə hazırdır. Mançester təmsilçisi gənc futbolçu üçün London klubuna 120 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, Estevao bu mövsüm "Çelsi"nin heyətində keçirdiyi 20 oyunda 5 qol vurub, 1 qol ötürməsi edib. Braziliya millisinin üzvünün "mavilər"lə müqaviləsi 2033-cü ilin 30 iyun tarixinə kimidir.



_1765203041_1765332435.jpg)








