FIFA 2026-cı ildə keçiriləcək dünya çempionatında hər matçda futbolçuların su balansını bərpa etməsi üçün iki əlavə fasilə olacağını rəsmi şəkildə təsdiqləyib.

Matc.az xəbər verir ki, bu barədə turnirin baş koordinatoru Manolo Subiriya məlumat verib.

Hər fasilə 3 dəqiqə davam edəcək və hava şəraitindən, məkandan və ya oyunun vaxtından asılı olmayaraq tətbiq olunacaq.

DÇ-2026 gələn ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir iyunun 11-də start götürəcək və 19 iyul tarixində final oyunu ilə başa çatacaq. Yarışda 48 milli komanda iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest