09 Dekabr 2025, 21:16
FUTBOL
"İnter Mayami"nin hücumçusu Lionel Messi ardıcıl ikinci mövsüm MLS-də ilin oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytında məlumat verilib.
Argentinalı futbolçu MLS tarixində ardıcıl iki dəfə mükafat qazanan ilk oyunçu olub. O, keçən mövsüm 49 oyunda 43 qol vurub və 26 məhsuldar ötürmə edib.
Messi həmçinin ardıcıl iki liqa mövsümündə ən azı 36 qolda iştirakı olan ilk MLS oyunçusudur.
Pley-off mərhələsində argentinalı futbolçu 15 qolun vurulmasında və assistində iştirak edib ki, bu da daha bir rekorddur.



_1765203041_1765332435.jpg)








