09 Dekabr 2025, 14:12
FUTBOL
PSJ UEFA Çempionlar Liqası Liqa mərhələsinin VI turunun "Atletik"lə matçına ciddi itkilərlə çıxacaq.
Matc.az xəbər verir ki, bu barədə klıubun mətbuat xidməti məlumat yayıb.
Qapıçı Lukas Şevayle, müdafiəçilər Əşrəf Hakini ilə Lukas Beraldo və hücumçu Usman Dembele komandaya kömək edə bilməyəcək. Bu futbolçular İspaniyaya aparılmayıb.
Qeyd edək ki, "Atletik" - PSJ qarşılaşması 11 dekabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.



_1765203041_1765332435.jpg)








