"Mançester Siti"nin müdafiəçisi Con Stouns evində yeni il ağacını bəzəyərkən özünü yaralayıb.

Matc xəbər verir ki, 31 yaşlı futbolçu diqqətsizliyi səbəbindən əlindən xəsarət alıb.

Zədəsi ciddi olan Stouns UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda səfərdə keçiriləcək "Real"a qarşı oyunda forma geyinə bilməyəcək.

Qeyd edək ki, 5 turdan sonra "Mançester Siti"nin aktivində 10 xal var. "Real" isə 12 xal toplayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest