16 Dekabr 2025, 09:20
FUTBOL
Türkiyə Super Liqasında 16-cı tura yekun vurulub.
Matc.az xəbər verir ki, turun son oyununda "Fənərbaxça" doğma meydanda "Konyaspor"u qqəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 36-ya yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 16 xalı olan "Konyaspor" isə 12-ci yerdədir.
"Fənərbaxça" - "Konyaspor" 4:0
Qollar: Anderson Talişka, 28 (pen), 37, Mert Müldür, 30, Marko Asensio, 87












