Futbol üzrə Polşa Ekstraklasasında 18-ci turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Motor" doğma meydanda "Yaqelloniya"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Renat da bu matçın iştirakçısı olub. 26 yaşlı forvard 83-cü dəqiqədə meydana çıxıb.

18 turdan sonra 21 xal toplayan "Motor" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest