Юлиан Рюэрсон

"Borussiya"nın müdafiəçisi Yulian Ryuerson karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Barselona" norveçli futbolçunu transfer etmək istəyir. Kataloniya təmsilçisi Ryuersonu Jül Kundenin əvəzləyicisi kimi düşünür. İspaniya çempionu 28 yaşlı sağ cinah müdafiəçisi üçün yanvar ayında onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Yulian Ryuerson bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 25 oyunda 5 qol ötürməsi edib. Onun dortmundlularla müqaviləsi 2028-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest