16 Dekabr 2025, 13:42
FUTBOL
İngiltərənin "Nyukasl" klubunun heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Den Börn sıradan çıxıb.
İngilis futbolçu ölkə çempionatının 16-cı turunun "Sanderlend"lə oyununda ağır zədə alıb. Rəqibi ilə toqquşan 33 yaşlı mərkəz müdafiəçisinin qabırğasında sınıq aşkarlanıb. Təcrübəli oyunçu 6 həftə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Den Börn bu mövsüm "Nyukasl"ın heyətində keçirdiyi 22 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.












