16 Dekabr 2025, 09:51
FUTBOL
"Milan" Aleksis Salemakersin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə A Seriyası nəhənginin rəsmi saytı məlumat yayıb.
Belçika millisinin üzvü ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Milan" Aleksis Salemakersi 2020-ci ilin yayında "Anderlext"dən transfer edib. 26 yaşlı yarımmüdafiəçi bu mövsüm komandanın heyətində keçirdiyi 18 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.












