18 Dekabr 2025, 14:20
FUTBOL
Braziliyalı müdafiəçi Tiaqo Silva "Fluminense"dən azad agent kimi ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.
"Fluminense" ilə müqaviləsini ləğv etdikdən sonra Silva DÇ-2026-da Braziliya millisinin heyətinə daxil olmaq şansını artırmaq üçün Avropanın ən yaxşı liqasında bir klub tapmaq niyyətindədir.
Qeyd edək ki, 41 yaşlı veteran futbolçu 2024-cü ilin iyul ayından "Fluminense"də çıxış edir. Bu mövsüm o, bütün yarışlarda 46 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Silva "Fluminense"nin yetirməsidir və 2006-2009-cu illərdə doğma klubunda oynayıb.












_1766070628.jpg)