18 Dekabr 2025, 14:47
FUTBOL
Mükafat uğrunda "Liverpul", PSJ, "Flamenqo", "Barselona" və "Çelsi" mübarizə aparacaq.
"Globe Soccer Awards"ın 2025-ci ilin ən yaxşı klubu mükafatına namizədlərin yekun siyahısı açıqlanıb.
Matc.az xəbər verir ki, bu barədə "Globe Soccer Awards" sosial media hesabında paylaşım edib.
Mükafat uğrunda "Liverpul", PSJ, "Flamenqo", "Barselona" və "Çelsi" mübarizə aparacaq.
"Globe Soccer Awards" futbolda ən böyük nailiyyətləri qiymətləndirən illik mükafatlandırma mərasimidir. Müxtəlif kateqoriyalar üzrə qaliblər səsvermə yolu ilə müəyyən edilir.
Ötən il bu mükafatı "Real" qazanıb. 2024-cü ildə Madrid klubu İspaniya çempionatını və Superkubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanıb.












_1766070628.jpg)