18 Dekabr 2025, 15:57
FUTBOL
"Borussiya"nın hücumçusu Fabio Silva karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolieri məlumat yayıb.
"Betis" portuqaliyalı futbolçusu heyətinə qatmaq istəyir. La Liqa klubu 23 yaşlı forvardı yanvar ayında satınalma bəndi ilə icarəyə götürməyə çalışacaq.
Qeyd edək ki, Fabio Silva bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 15 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.











_1766070628.jpg)
