"Arsenal" gələn heyətinə yeni müdafiəçi cəlb etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Milan"da çıxış edən Davide Bartezaqidir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

London klubu yaxın zamanda italiyalı sol cinah müdafiəçisi üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Davide Bartezaqi "Milan"In yetirməsidir. 19 yaşlı futbolçu bu mövsüm komandanın heyətində keçirdiyi 13 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest