İngiltərənin "Brayton" klubunda noyabr ayının ən yaxşı oyunçusu məlum olub.

Matc.az xəbər verir ki, müdafiəçi Ferdi Kadıoğlu Premyer Liqa təmsilçisində ötən ayın ən yaxşısı seçilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyəli sol cinah müdafiəçisi azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayıb.

Qeyd edək ki, Ferdi Kadıoğlu noyabr ayında İngiltərə çempionatında "Brayton" forması ilə 4 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest