"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Bavariya" portuqaliyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Münhen təmsilçisi 31 yaşlı futbolçu üçün İngiltərə klubuna 50 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Bruno Fernandeş bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 17 oyunda 5 qol vurub, 7 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest