19 Dekabr 2025, 14:23
FUTBOL
PSJ-nin futbolçusu Matis Janjal karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
"Ayntraxt" fransalı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Frankfurt təmsilçisi Paris nəhəngi ilə müqaviləsi mövsümün sonunda başa çatan 17 yaşlı oyunçunun meneceri ilə danışıqlara başlayıb.
Matis Janjal bu mövsüm PSJ-nin əsas komandasının heyətində Fransa çempionatında 1 oyunda meydana çıxıb.
Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun gələn il yanvarın 21-də Bakıda keçiriləcək.












