19 Dekabr 2025, 20:33
FUTBOL
Çexiya milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Matc.az xəbər verir ki, yığmanı Miroslav Kubek çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
74 yaşlı məşqçi ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Miroslav Kubekin son iş yeri "Viktoriya Plzen" olub.












