Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının I turunun "Sabah" - "Qarabağ" oyununda baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.
Oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə ev sahibləri 2500 manat cərimə edilib.
54-cü dəqiqəsində qonaqların azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” 7000 manat cərimələnib. Ağdam təmsilçisi azarkeşlərinə görə daha 3000 manaat ziyana düşüb. Belə ki, fanatlar oturacaqları sındırıb, stadiona zərər vurublar. görə “Qarabağ” komandası 3000 manat cərimə edilsin. Stadiona dəymiş ziyan klub tərəfindən qarşılanacaq. “Qarabağ” oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə onlara xəbərdarlıq edilib.












