"Mançester Siti"nin qapıçısı Canluici Donnarummanı 2025-ci il üçün dünyanın ən yaxşı qapıçısı seçilib.

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) "Mançester Siti"nin qapıçısı Canluici Donnarummanı 2025-ci il üçün dünyanın ən yaxşı qapıçısı elan edib.

Matc.az xəbər verir ki, o, reytinqdə 169 xal qazanıb.

"Real"ın qapıçısı Tibo Kurtua 65 xalla ikinci yerdədir. "İnter"in qolkiperi Yann Sommer isə 59 xalla ilk "üçlüy"ü tamamlayır.

Qeyd edək ki, 2024/25 mövsümündə Donnarumma PSJ-də bütün turnirlərdə 47 oyun keçirib, 43 qol buraxıb və 17 dəfə qapısını toxunulmaz saxlayıb. O, ötən mövsüm parislilərlə Fransa çempionluğunu, Fransa Kubokunu, Fransa Superkubokunu və Çempionlar Liqasını qazanıb.

Ötən yay italyan qapıçı "Mançester Siti"yə keçib. O, ingilis klubunda 18 oyun keçirib, 16 qol buraxıb və 8 dəfə qapısını toxunulmaz saxlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest