22 Dekabr 2025, 15:33
MPL
"Turan Tovuz"da gözlənilməz ayrılıq gerçəkləşib.
Matc.az saytının məlumatına görə, Aleks Souza karyerasını Yaponiyada davam etdirəcək.
Qərb bölgəsi təmsilçisi braziliyalı forvardın transferi ilə bağlı "Kyoto Sanqa" ilə anlaşıb. Tovuzlular 24 yaşllı hücumçunun satışından pul əldə edib.
Qeyd edək ki, Aleks Souza 2024-cü ilin yanvar ayından "Turan Tovuz"da çıxış edirdi. "Sambaçı" bu mövsüm komandanın heyətində keçirdiyi 16 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.











