23 Dekabr 2025, 16:22
MPL
"Qarabağ" Belçikanın "Lyej" klubunda çıxış edən Umar Diufu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Walfoot" nəşri məlumat yayıb.
Azərbaycan çempionu seneqallı hücumçu üçün 1,2 milyon avroluq təklif göndərib. Belçika klubu bu təklifi qəbul etməyib.
22 yaşlı forvardla “Gent”, “Sent-Trüden”, OHL, “Serkl Brügge”, “Pafos” və adı açıqlanmayan İngiltərə Çempionşip təmsilçisi də maraqlanır.
Qeyd edək ki, Umar Diuf bu mövsüm "Lyej"in heyətində keçirdiyi 20 oyunda 9 qol vurub, 2 qol ötürməsi edib.







_1766503995.jpg)




