29 Dekabr 2025, 21:04
FUTBOL
"Fatih Karagümrük"ün yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Matc.az xəbər verir ki, Super Liqa klubu Aleksandar Stanoyeviçlə anlaşıb. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı serbiyalı mütəxəssislə 6 aylıq müqavilə imzalanıb.
Qeyd edək ki, Aleksandar Stanoyeviç son olaraq Belqrad "Partizan"ını çalışdırıb.












