"Nitsa"nın keçmiş məşqçisi Klod Püel sabiq klubuna qayıdıb.

Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, Frank Heysin yerinə keçib.

64 yaşlı Püel ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. Onun son klubu 2021-ci ilin dekabrında ayrıldığı Fransanın "Sent-Etyen" klubu olub.

Qeyd edək ki, Liqa 1-in 16-cı turundan sonra "Nitsa" 17 xalla turnir cədvəlində 13-cü yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest