FİFA prezidenti Canni İnfantino 2026-cı ildə keçiriləcək dünya çempionatı ətrafında yaranan böyük maraq barədə danışıb.
Matc.az "Reuters"ə istinadən xəbər verir ki, qurumun bilet üçün 150 milyon müraciət aldığını deyib:
“Satışa 6–7 milyon bilet çıxarılıb. 15 gün ərzində 150 milyon müraciət almışıq. Yəni gündə təxminən 10 milyon müraciət deməkdir. Bu, dünya çempionatının gücünü və əhəmiyyətini açıq şəkildə göstərir. FİFA dünya çempionatlarının təxminən 100 illik tarixi ərzində ümumilikdə 44 milyon bilet satıb. FİFA olmasaydı, dünyanın 150 ölkəsində futbol mövcud olmazdı. Dünya çempionatından əldə edilən gəlirləri isə biz yenidən bütün dünyada futbolun inkişafına yatırırıq”.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək.












