30 Dekabr 2025, 12:13
FUTBOL
Cənubi Koreyanın "Seul" klubundan ayrılan Cesse Linqard Avropaya qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
İngiltərəli vingeri İspaniya La Liqasından maraq var. "Selta", "Sevilya" və "Ovyedo" azad agent statusunda olan 33 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Cesse Linqard 2024-cü ilin fevral ayından "Seul"da çıxış edirdi. İngiltərə millisinin sabiq üzvü Cənubi Koreya millisinin heyətində keçirdiyi 67 oyunda 19 qol vurub, 10 qol ötürməsi edib.












_1767091216.jpg)