30 Dekabr 2025, 14:30
FUTBOL
Fransa millisinin sabiq üzvü Qael Klişi "Kann" klubunun baş məşqçisi postuna gətirilib.
Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Qael Klişi futbolçu karyerası ərzində "Arsenal" və "Mançester Siti" kimi tanınmış klublarda çıxış edib. O, Fransanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında baş məşqçi Tyerri Anrinin köməkçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, "Kann" klubunun əsas səhmdarı Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappedir. Komanda hazırda Fransanın üçüncü liqasında mübarizə aparır.












