30 Dekabr 2025, 17:20
FUTBOL
La Liqanın autsayderi "Oviedo" təcrübəli Salomon Rondonun icarə müqaviləsinin vaxtından əvvəl ləğv olunduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, klub 36 yaşlı futbolçuya təşəkkür edib və gələcəkdə ona uğurlar arzulayıb. Müqavilə 2026-cı ilin yayına qədər qüvvədə idi və Rondonun hüquqları Meksikanın "Paçuka" klubuna məxsusdur.
Qeyd edək ki, Rondon bütün yarışlarda "Oviedo" üçün 16 oyun keçirib və 2 qol vurub.
17 turdan sonra "Oviedo" La Liqa turnir cədvəlində 11 xalla 19-cu yerdədir.












