30 Dekabr 2025, 19:04
FUTBOL
PSJ-nin yarımmüdafiəçisi Vitinya futbolçu kimi formalaşması və inkişafı prosesində hansı oyunçuları nümunə götürdüyünü açıqlayıb.
Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu ona ən çox təsir edən oyunçuların Andres İnyesta və Luka Modriç olduğunu deyib:
“Şübhəsiz ki, məni ən çox ilhamlandıran futboloçu İnyesta olub. Andres həmişə mənim əsas nümunəm sayılıb. Və əlbəttə ki, Luka Modriç. Onlar hər zaman mənim rol modellərim olublar”.
Daha əvvəl "Real"ın Vinisius Juniorun mümkün ayrılığı halında Vitinyanı təxminən 100 milyon avro qarşılığında transfer etmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı.

_1767127284.jpg)










