"Sportinq"in müdafiəçisi Usman Diomande karyerasını Fransada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

PSJ Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. Paris nəhənginin baş məşqçisi Luis Enrike Diomandenin oyununu bəyənir. Fransa klubu 22 yaşlı mərkəz müdafiəçisi üçün 45 milyon avro təzminat ödəməyə hazırdır.

Qeyd edək ki, Usman Diomande bu mövsüm "Sportinq"in heyətində 12 oyunda meydana çıxıb. Onun Portuqaliya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest