"Mançester Yunayted" hücumameyilli yarımmüdafiəçi Koul Palmer üçün "Çelsi"yə transfer təklifi etmək barədə daxili məsləhətləşmələr aparıb.

Matc.az xəbər verir ki, bu barədə "Footballtransfers" məlumat yayıb.

Bildirilir ki, "qırmızı şeytanlar" Palmeri klubdakı gələcəyi qeyri-müəyyən olan 31 yaşlı yarımmüdafiəçi Bruno Fernandesin əvəzedicisi kimi nəzərdən keçirir. London klubunun Palmeri satmağa hazır olduğu bildirilir.

Qeyd edək ki, bu mövsüm Palmer bütün yarışlarda 12 oyunda meydana çıxıb və 4 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2033-cü ilin yayına qədərdir. "Transfermarkt" portalında onun dəyəri 120 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest