"Barselona"nın almaniyalı qapıçısı və kapitanı Mark-Andre ter Ştegen qış "transfer pəncərəsi"ndə "Jirona"ya keçməyə hazırdır.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, oyunçunun razılığına baxmayaraq, maliyyə vəziyyəti transferin qarşısını alır. Ter Ştegen klubdan ayrılmaq üçün maaşının azaldılmasına və ya ödənişlərdən imtina etmək istəmir. "Barselona" "Jirona"dan qapıçının maaşının 20-25%-ni ödəməsini tələb edir.

Bu məbləğ hazırda "ağ-qırmızılar" üçün məqbul deyil, çünki qapıçı mövqeyi üçün ayrılan büdcəni xeyli üstələyir (əvvəlki qapıçı Livakoviç 300.000 avrodan bir qədər çox qazanıb).

Alman oyunçu "Montillivi" stadionunda Mişelin rəhbərliyi altında oynamaqda maraqlıdır, lakin bu, klubların razılığından asılıdır.

Ter Ştegenin prioriteti müntəzəm oyun vaxtıdır. O, qarşıdan gələn dünya çempionatı öncəsi milli komandanın diqqətində qalmağa çalışır. Onun "Barselona"dakı vəziyyəti çox dayaxşı deyil. Baş məşqçi Hansi Flik Joan Qarsiyaya daha çox etibar edib. Qarsiya La Liqada, Çempionlar Liqasında və Superkubokda bir nömrəli oyunçudur. Ter Ştegenin oyunu isə yalnız Kral Kuboku ilə məhdudlaşır.

Mark-Andre Ter Ştegen ötən mövsüm diz zədəsindən sonra cəmi 9 oyun keçirib. Belindəki əməliyyat səbəbindən isə cari mövsümün əvvəlində meydana çıxa bilməyib.

2014-cü ildə "Borussiya"dan transfer olan Ter Ştegen "Barselona"da 422 oyun keçirib və 17 kubok qazanıb. Bu mövsüm alman futbolçu yalnız bir dəfə - Kral Kubokunun 1/32 final mərhələsində "Qvadalaxara" ilə oyunda meydana çıxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest