Afrika Millətlər Kubokunun 1/4 final oyununda Nigeriya Əlcəzair ilə üz-üzə gəlib.

Matc.az xəbər verir ki, qarşılaşma Nigeriyanən 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen 47-ci dəqiqədə hesabı açıb. "Sevilya"nın forvardı Akor Adams isə 57-ci dəqiqə ikinci qola imza atıb.

Qeyd edək ki, oyundan əvvəl Nigeriya düşərgəsində oyunçuların və məşqçi heyətinin turnirdəki uğurlu çıxışlarına görə vəd edilmiş bonusları hələ də almaması səbəbindən gərginlik yaranıb. Bu vəziyyət komandanın hətta turnirdən çıxmaq təhlükəsi ilə üzləşməsinə səbəb olub.

Nigeriyanın yarımfinaldakı rəqibi bir gün əvvəl Kamerunu məğlub edən Mərakeş olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest