"Kristal Pelas" İngiltərə Kubokunun üçüncü turunda VI Liqa təmsilçisi "Maklsfild"ə məğlub olub.

Matc.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə başa çatıb.

"Maklsfild" Premyer Liqa təmsilçisini məğlub edən ilk VI Liqa komandasıdır. 1908-ci ildən bəri isə çempiona qalib gələn ilk qeyri-liqa komandası oldu.

Qeyd etmək lazımdır ki, 1909-cu ildə məhz "Kristal Pelas" çempionu ("Vulverhempton") məğlub edən sonuncu qeyri-peşəkar komanda idi.

"Maklsfild" 5 il əvvəl fəaliyyətini dayandırmış "Maklsfild Taun"un varisi kimi yaradılıb. Komandaya Ueyn Runinin kiçik qardaşı Con Runi rəhbərlik edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest