10 Yanvar 2026, 18:46
FUTBOL
"Mançester Yunayted" Karlo Ançelottini yeni baş məşqçi kimi nəzərdən keçirir. Tomas Tuxel və Maurisio Poçettino da klubun namizədlər siyahısındadır.
Matc.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Bildirilir ki, "qırmızı şeytanlar" gələn həftə müvəqqəti, yayda isə daimi məşqçi təyin edəcəklərini açıqlayacaqlar.
66 yaşlı mütəxəssis 2025-ci ilin may ayından bəri Braziliya millisinə rəhbərlik edir. Ançelottinin müqaviləsi 2026-cı il dünya çempionatına qədərdir.
Xatırladaq ki, yanvarın 5-də "Mançester Yunayted" Ruben Amorimlə yolları ayırıb. İngiltərə Premyer Liqasının 21 oyunundan sonra "qırmızı şeytanlar"ın 32 xalı var və turnir cədvəlinin yeddinci sırasında qərarlaşıblar.












