"Qalatasaray"ın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin qapıçısı Uğurcan Çakır sıradan çıxıb.

Türkiyəli qolkiper UEFA Çempionlar Liqası Liqa mərhələsinin VI turunun "Monako" ilə matçında zədələnib. 29 yaşlı "əlcək sahibi" oyunu davam etdirə bilməyib və Günay Güvençlə əvəzlənib.

Qeyd edək ki, Uğurcan Çakır bu mövsüm "Qalatasaray"ın heyətində 16 rəsmi oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest