Mövsümün sonunda "Real"la müqaviləsi başa çatan David Alabanın klubdakı gələcəyi bəlli olub.

Matc.az xəbər verir ki, avstriyalı mərkəz müdafiəçisi Madrid təmsilçisini tərk edəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Kral klubu" Alabaya yeni sözləşmə təklif etməyib. 32 yaşlı futbolçu yayda azad agent statusunda olacaq.

Qeyd edək ki, David Alaba 2021-ci ilin yayından "Real"da çıxış edir. Təcrrübəli oyunçu bu mövsüm komandanın heyətində 4 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest