19 Dekabr 2025, 02:18
FUTBOL
"Mançester Yunayted" "Köln"ün 19 yaşlı sol cinah hücumçusu Səid El-Mala ilə maraqlanır. "Qırmızı şeytanlar" oyunçunun potensial transferi ilə bağlı məlumat almaq üçün Almaniya klubu ilə əlaqə saxlayıblar.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilir ki, "Köln" alman cinah oyunçusunu 60 milyon avro dəyərində qiymətləndirir. Klub gələn yay El-Malanı bu məbləğə sata bilər. Gənc futbolçu "Tottenhem"im də maraq dairəsindədir.
Qeyd edək ki, El-Mala bu mövsüm bütün turnirlərdə 16 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 18 milyon avrodur.



_1766101689.jpg)








