"Barselona" və PSJ-nin sabiq yarımmüdafiəçisi Rafinya Alkantara 32 yaşında karyerasını başa vurmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu sosial şəbəkə hesablarında məlumat verib.

32 yaşlı oyunçunun son klubu 2022-ci ilin yayından çıxış etdiyi Qətər təmsilçisi “Əl-Ərəbi” olub.

Rafinya karyerası ərzində "Barselona", "Selta", PSJ, "Real Sosyedad" və "İnter"in də şərəfini qoruyub. Onun aktivində 358 rəsmi oyun, 51 qol və 52 məhsuldar ötürmə var.

Alkantara klub səviyyəsində “Barselona” ilə Çempionlar Liqasını qazanıb, bu komanda ilə 3 dəfə La Liqa çempionu olub. Həmçinin UEFA Superkubokunu, 5 dəfə İspaniya Kubokunu və 2 dəfə ölkə Superkubokunu qazanıb. PSJ ilə Fransa Liqa 1-in çempionu və Fransa Kubokunun sahibi olub. “Əl-Ərəbi” ilə isə Qətər Ulduzlar Kubokunu qazanıb.

Bundan əlavə, Rafinya Braziliya millisinin heyətində 2 yoldaşlıq oyununda iştirak edib və bu matçlarda 1 qol vurub. O, həmçinin 2016-cı ildə Olimpiya Oyunlarının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest