22 Dekabr 2025, 15:55
FUTBOL
"Estrela"nın müdafiəçisi Sidni Kabral Portuqaliyada klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Benfika" kabo verdeli futbolçunun keçidini həll edib. Lissabon təmsilçisi 23 yaşlı sağ cinah müdafiəçisi üçün onun klubuna 6 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Sidni Kabral bu mövsüm "Estrela"nın heyətində keçirdiyi 16 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib.











