23 Dekabr 2025, 13:36
FUTBOL
Yunanıstanın "Olimpiakos" klubu baş məşqçi Xose Luis Mendilibarın müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Mendilibar 2014-cü ilin fevral ayından "Olimpiakos"u çalışdırır. Komanda 64 yaşlı məşqçinin rəhbərliyi altında 2023/2024 mövsümündə UEFA Konfrans Liqasının qalibi olub.












