22 Dekabr 2025, 23:51
FUTBOL
"Monako"nun heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, "knyazlıq" təmsilçisinin aparıcı üzvlərindən olan Takumi Minamino sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yaponiyalı vinger Fransa Kubokunun 1/32 final mərhələsinin “Oser”lə matçında (1:2) ağır zədə alıb. 30 yaşlı futbolçunun tibbi müayinəsi onun ön çarpaz bağının qopduğunu üzə çıxarıb. Bərpa prosesi ən azı 6 ay çəkəcək.
Beləliklə, oyunçu 2025/26 mövsümünün tamamını və 2026-cı il dünya çempionatını buraxacaq.
Takumi Minamino cari mövsümdə “Monako”nun heyətində 21 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.












