“Roma”nın müdafiəçisi Vesli “Barselona” və “Real”ın ciddi marağına səbəb olub.

Matc.az xəbər verir ki, bu barədə "TalkSPORT" məlumat yayıb.

Braziliyalı futbolçu İtaliyadakı karyerasının başlanğıcında sərgilədiyi oyunla diqqət çəkib. Xüsusilə İspaniyada Veslinin universallığı yüksək qiymətləndirilir. 22 yaşlı oyunçu təkcə müdafiənin sağ cinahında deyil, həm də sol tərəfdə çıxış edə bilir.

Vesli ötən yay “Flamenqo”dan 30 milyon avro qarşılığında “Roma”ya keçib və qısa müddətdə komandanın əsas oyunçularından birinə çevrilib. Gənc futbolçu A Seriyasındakı ilk 13 matçında 3 qol vurub, bu il isə Braziliya milli komandasında debüt edib.

“Real” Veslini Dani Karvaxala potensial əvəzləyici kimi nəzərdən keçirir. Madrid klubunda tez-tez zədələr səbəbindən oyunları buraxan Trent Aleksander-Arnoldun sağlamlıq durumu və sabitliyi tam qənaətbəxş hesab edilmir.

“Roma” liderlərindən biri ilə yolları ayırmağa tələsmir. Mənbələrin məlumatına görə, İtaliya klubu Vesli üçün ən azı 40–45 milyon avro tələb edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest