28 Dekabr 2025, 14:40
DÖYÜŞ NÖVLƏRİ
2025-ci il Taekvondo üzrə gənclər və böyüklər arasında Azərbaycan çempionatı və birinciliyinə yekun vurulub.
Matc.az xəbər verir ki, 24-27 dekabr tarixlərdə FHN idman sağlamlıq klubunda keçirilən və 4 gün davam edən yarışın sonunda Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi Taekvondo bölməsinin baş məşqçisi Elməddin Vəliyevin rəhbərlik etdiyi RUGİM komandası yarışın qalibi olub.
İkinci yerə Tahsil-RIM, üçüncü yerə FHN ISK, dördüncü yerə Oli-Mehdi TK, beşinci yerə isə 6 sayli UGIM komandaları layiq görülüb.












