28 Dekabr 2025, 17:00
FUTBOL
Milli komandamızın sabiq üzvünün xidmətində bir neçə klub maraqlıdır.
"Araz-Naxçıvan"dan ayrılan Qara Qarayevin karyerasını harada davam edəcəyi hələ ki dəqiqləşməyib.
Matc.az xəbər verir ki, milli komandamızın sabiq üzvünün xidmətində bir neçə klub maraqlıdır.
Onlardan biri "Sumqayıt"dır. "Gənclik şəhəri" təmsilçisi Qaraya təklif irəli sürüb. Onunla maraqlanan digər komanda isə "Qəbələ"dir.
Qarayevin qış fasiləsindən sonra hansı komandada oynayacağı yaxın günlərdə dəqiqləşəcək.












