Rasmus Höylunnun gələcəyi icarə əsasında çıxış etdiyi “Napoli” ilə bağlıdır.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

İtaliya klubu danimarkalı futbolçunu müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"dən 44 milyon avro qarşılığında satın almaq hüququna malikdir. Neapol təmsilçisi artıq bu bəndi aktivləşdirməyi planlaşdırır.

Transfer baş tutacağı təqdirdə, Höylunn “Napoli” ilə 2030-cu ilə qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalayacaq. Razılaşmada həmçinin 2027-ci ilin iyulundan etibarən qüvvəyə minəcək 85 milyon avroluq sərbəstqalma maddəsi də nəzərdə tutulub.

22 yaşlı forvard “Napoli”nin heyətində 20 matçda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest