"İnter" "Mançester Siti"dən icarəyə götürdüyü Manuel Akancinin transfer hüquqlarına yiyələnəcək.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzeta dello Sport" nəşri məlumat yayıb.

İtaliya klubu 30 yaşlı mərkəz müdafiəçisi üçün 15milyon avroluq satınalma bəndini işə salacaq.

Qeyd edək ki, "İnter" Manuel Akancini mövsümün əvvəlində icarəyə götürüb. İsveçrəli futbolçu Milan təmsilçisinin heyətində 20 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest