"Mançester Siti" "Bornmut"da çıxış edən Antuan Semenyonu transfer edib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında tam razılıq əldə olunub. "Mançester Siti" qanalı vinger üçün onun klubuna 75 milyon avro təzminat ödəyəcək. 26 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra "şəhərlilər"lə müqavilə imzalayacaq.

Qeyd edək ki, Antuan Semenyo bu mövsüm "Bornmut"un heyətində keçirdiyi 20 oyunda 9 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest