07 Yanvar 2026, 17:44
FUTBOL
"Arsenal" "Nyukasl"ın müdafiəçisi Tino Livramentoya ciddi maraq göstərir.
Matc.az xəbər verir ki, bu barədə "Football Transfers" məlumat yayıb.
23 yaşlı sağ cinah müdafiəçisi ppaytaxt təmsilçisinin prioritet transfer hədəflərindən birinə çevrilib. Baş məşqçi Mikel Arteta və idman direktoru Andrea Berta ingiltərəli futbolçunun oyun üslubunun londonluların uzunmüddətli layihəsinə ideal şəkildə uyğun gəldiyinə əmindirlər.
"Arsenal" rəhbərliyi rəsmi təklifi yanvar ayında edib-etməmək, yoxsa yay transfer pəncərəsini gözləmək məsələsini dəyərləndirir.
Qeyd edək ki,Livramento cari mövsümdə “sağsağanlar”ın heyətində bütün turnirlərdə 17 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





_1767903980.jpg)






