"Milan" Fikayo Tomorinin müqaviləsinin müddətini uzadacaq.

Matc.az bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Artıq ingiltərəli müdafiəçi ilə razılıq əldə olunub. Tomori ilə uzunmüddətli sözləşmə imzalanacaq. Rəsmi açıqlamanın yanvar ayının sonlarında ediləcəyi bildirilir.

Qeyd edək ki, "Milan" Fikayo Tomorini 2021-ci ilin yayında "Çelsi"dən transfer edib. 28 yaşlı mərkəz müdafiəçisi bu mövsüm A Seriyası təmsilçisinin heyətində keçirdiyi 19 oyunda 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest